Türkmənistanda 2015-ci ilin iki ayı ərzində neft hasilatı keçən ilin analoji dövrü ilə müqayisədə 9.2% artıb. Bu barədə Türkmənistanın neft və mineral ehtiyatlar nazirliyinin məlumatında bildirilir.
Məlumatda həmçinin bildirilir ki, Türkmənistan bəzi neft məhsulları,o cümlədən avtomobil benzini,sürtkü yağları və mayeləşmiş qaz istehsalını artırıblar. Yanvar-fevralda Türkmənistanda qazma işləri 1.8 dəfə artıb.
Türkmənistan 2020-ci ilə neft emalı sənayesinin gücünü 20 milyon tona,2025-ci ilə isə 22 milyon tona,2030-cu ilə isə 30 milyon tona çatdırmaq istəyir.
Türkmənistan hazırda 10 milyon ton neft hasil edir.