2015-ci ilin ilk iki ayı ərzində Türkmənistanda səmt qazı hasilatı keçən ilin analoji dövrü ilə müqayisədə 5.2% artıb. Türkmənistanın xarici ölkələrə yanacağın bu növünün ixracı 7.6% artıb. Bu barədə Türkmənistanın neft və mineral ehtiyatlar nazirliyinin məlumatda bildirilir.
Hal-hazırda Türkmənistan Çin, İran və Rusiyaya qaz ixrac edir.
BP şirkətinin hesabatına əsasən, Türkmənistan dünyada Rusiya, İran və Qətərdən sonra 4-cü yeri tutur. Ölkənin qaz ehtiyatları BP şirkətinin hesablamasına görə, 17.5 trilyon kub metrdir.
2030-ci qədər neft-qaz sənayesinin inkişaf proqramına uyğun olaraq ölkədə qaz hasilatı 230 milyard kubmetr səviyyəsində gözlənilir. Hasil olunan qazın çoxu ixrac ediləcək.
Əvvələr xəbər verildiyi kimi, 2014-cü ildə Türkmənistanda 76 milyard kub metrdən çox qaz hasil edilib və 45 milyard kub metr qaz ixraca göndərilib.