2015-ci ilin iki ayında “Qazprom” şirkətinin uzaq xaricə qaz ixracı 21.1 milyard kub metr təşkil edib.
“Qazpromun” məlumatına görə,keçən ilin analoji dövründə bu göstərici 29.1 milyard kub metr olmuşdu. Beləliklə,iki ayda azalma 27.5% təşkil edib.
İlkin məlumatlara görə,”Qazprom İxrac”şirkətinin 2015-ci ilin fevralında uzaq xaricə tədarükü 10 milyard kub metr təşkil edib.
Yanvarda,”Qazpromun” məlumatına görə,qaz tədarükü göstəricisi 11.1 milyard kub metr olub.Keçən ilin fevralında isə bu göstərici 13.1 milyard kub metr təşkil etmişdi.