BP şirkətinin 2035-ci ilə qədər bazarda vəziyyət haqqında hesabatında deyilir ki,uzunmüddətli perspektivdə təbii qazın istehlakı 1.9% artacaq və 2035-ci ildə gündə 13.9 milyard kub metr təşkil edəcək.
Proqnozda qeyd edilir ki, İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) daxil olmayan ölkələrdə təbii qazın istehlakı artımı 2.5% təşkil edəcək və gündə 3.48 milyard kub metr olacaq. İƏİT ölkələrində isə istehlak 1.1% artacaq və gündə 1.19 milyard kub metr təşkil edəcək.
Bu halda,iqtisadiyyatın enerji və sənaye sektorlarının payına ümumi qaz istehlakının 80% düşəcək.
Dünya qaz artımının yarısı İƏİT daxil olmayan ölkələrin payına,xüsusi ilə Rusiya və Yaxın Şərq ölkələrinin payına düşəcək.
BP həmçinin mayeləşmiş təbii qaz (LNG) ixracının 2013-2020 ci illərdə 7.8% artacağını proqnozlaşdırır.
Dünya LNG idxalında Avropanın payı 2013-2035-ci illərdə 16%-dən 19%-ə qədər artacaq.
Proqnozda deyilir ki, Avropaya idxal edilən qaz onun istehlakının 50% təşkil edir. Eyni zamanda Avropaya tədarük edilən qazın 80% boru kəmərləri ilə həyata keçrilir.