“Neytral Türkmənistan” qəzeti yazır ki, ABŞ-ın “Westport Trading Europe Limited” şirkəti Seyidi NEZ-da bitum istehsalı qurğusunu istismara verib.
Qəzet yazır ki,”istehsalın layihə gücü 118 min ton mazutun emalı üçün nəzərdə tutulub ki,hansındanki 37.2 min ton yüksək keyfiyyətli bitum alınacaq”.
Seyidi NEZ-nın iki terminalı var. Pelvertski neft terminalı və Atamırat şəhərində neft məhsullarının qəbulu,saxlanılması və emalı terminalı.
540 min ton gücündə olan daha bir neft məhsulları terminalı Imamnazar gömrük məntəqəsində tikilir.
Trendə Türkmənistanın neft və mineral ehtiyatlar nazirliyindən məlumat veriblər ki,layihəyə 80 milyon dollardan artıq sərmayə yatrılıb.
Türkmənistan 2020-ci ilə neft emalı sənayesinin gücünü 20 milyon tona, 2025-ci ilə isə 25 milyon tona çatdırmaq istəyir.