TASS İRNA agentliyinə istinadən xəbər verir ki,İran İraqın cənubundakı Bəsrə şəhərinə ikinci qaz kəmərinin inşasına başlayıb.
Kəmərin buraxılış gücü gündə 35 milyon kub metr təşkil edəcək. Öncə sistem vasitəsilə 4 milyon kub metr,daha sonra isə 25 milyon kub metr qaz ixrac ediləcək.Ümumilikdə,iki kəmər İraqa gündə 70 milyon kub metr qaz ixracını təmin edə bilər. İdaxl edilən qazdan əsasən elektrik stansiyalarında yanacaq kimi istifadə edilir.