Britaniya-Hollandiya neft şirkəti Royal Dutch Shell-in korrektə edilmiş xalis gəliri 2014-cü ilin IV rübündə 13.8% artaraq $3,3 milyard təşkil edib.
Analitiklər şirkətin xalis gəlirini $4,1 milyard səviyyəsində gözləyirdilər. Bununla belə, dördüncü rübdə şirkətin mənfəəti 15.4% azalaraq $92,374 milyard təşkil edib.
Hesabat dövründə şirkətin hasilatı gündə 3.21 milyon barel təşkil edib.
Hesabatdan məlum olur ki, Shell növbəti 3 il ərzində capital xərclərini $15 milyard azaldacaq.