“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin energetika naziri Taner Yıldız bildidirb ki, ”Türk axının”ın marşrutu müəyyənləşdikdən sonra onunla Trans Anadolu qaz kəməri (TANAP) arasında sağlam rəqabət başlayıb.
Onun sözlərinə görə, planlaşdırılır ki, gücü 15.75 milyard kub metr olacaq “Türk axının” ın birinci xətti Türkiyə ərazisnə 2016-cı ilin dekabrında uzadılacaq.
Əvvələr Yıldız mətbuata verdiyi müsabibələrində demişdi ki, “Türk axını” TANAP-ın rəqibi olmayacaq.
Bu ərəfədə, ”Qazprom” xəbər yayaıb ki, “Türk axını”nın marşrutu Qara dənizin dibi ilə 660 km məsafədə “Cənub axını” boyunca keçəcək və sonradan Türkiyə istiqamətində dəyişəcək.