Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 29-da Türkmənistana yola düşüb.
Caspian Barrel XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, E.Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Aşqabadda keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək.
Bu göruşdə siyasi məsələlərdən əlavə, həmçinin regional iqtisadi layihələr, o çümlədən enerji layihələrinin perspektivləri də müzakirə olunacaq.