İran OPEK-in neft qiymətlərini dəstəkləyəcəyinə şühə edir. Lakin buna baxmayaraq,İranın neft naziri Bidjan Zanqane hesab edir ki,ölkənin neft sənayesi bir barel üçün $25 səviyyəsində də fəaliyyət göstərə bilər.
İran və Venesuela dünya qiymətlərinin azalmasını dayandırmaq üçün karteli noyabrda keçrilən iclasda neft hasilatını azaltmağa çağırmışdılar. Lakin kartelin ən böyük hasilatçısı və ixracatçısı olan Səudiyyə Ərəbistanın təzyiqi ilə belə bir qərar qəbul edilməmişdi. OPEK-in növbəti iclası iyunun 5-nə təyin edilib.
“Əgər neftin bir bareliin qiyməti $25-ə düşsə belə,neft sənayesinə heç bir şey təhdid etmir”, – deyə nazir bildirib.
İran höküməti büdcədə neft qiymətlərini əvvəlki $72-dan $40-a kimi aşağı salıb.