Dövlət Statistika Komitəsinin internet saytındakı məlumata görə, 2014-cü ildə Azərbaycanda neft hasilatı 41.9 milyon ton neft təşkil edib.
Xəbər verildiyi kimi, 2013-ci ildə neft hasilatı 43,154 milyon ton təşkil etmişdi.Beləliklə,2014-cü ildə ölkədə neft hasilatı 2.9% azalıb.
Statistikaya görə, 2014-cü ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 18.7 milyard kub metr olub (2013-cü ildəki 17.9 milyard kub metr ilə müqayisədə artım 4.4% təşkil edib).