31 dekabrda Novorossiysk yaxınlığında CPC terminalından ilin əvvəlindən 40 milyonuncu ton neft nəql edilib. 158 min dedveytlik SCF SURGUT tankeri yubiley neftini göyərtəsinə qəbul edib.
Bu rekord nəticə CPC boru kəməri sisteminin imkanlarının genişləndirilməsi işləri çərçivəsində əlavə obyektlərin istismara verilməsi nəticəsinə əldə edilib. Cari ilin fevralında dəniz terminalında yeni yanalma qurğusu istsimara verilmişdi. Apreldə isə “Həştərxan”,”Komsomolsk” və “Kropotkinskoy” nasos stansiyalarında yeni güclər istsimara verildi.
2015-ci il yeni obyektlərin istismara verilməsindən sonta boru kəmərinin buraxılış gücü 40-50 milyon tona çatacaq.Boru kəmərinin istismara verilməsindən bu günə kimi dəniz terminalından 379 milyon ton neft nəql edilib.
Layihəyə yatrılan sərmayələrin ümumi həcmi 5.4 milyard ABŞ dolları təşkil edib.
CPC səhmdarları aşağıdakı şirkətlərdir : Transneft- 24% və CPC Company -7%,KazMunayGaz- 19% və Qazaxıstan Pipeline Ventures LLC – 1,75%,ChevronCaspian Pipeline Consortium Company – 15%, LUKARCO BV – 12,5%, Mobil Xəzər Boru Kəməri Şirkəti – 7,5%, Rosneft-Shell Caspian Ventures Limited – 7,5%, BG Overseas Holding Limited – 2%, Eni Beynəlxalq NA N.V. – 2% və Oryx Caspian Pipeline LLC – 1,75%.
CPC boru kəmərinin uzunluğu 1,511 km-dir. Boru kəməri Qərbi Qazaxıstandakı neft yatağlarını Novorossisk limanı ilə birləşdirir.