İranın Tasnim xəbər agentliyi bildirir ki,İranın 8 özəl bankı ilə Hindistanın İxrac-İdxal bankı /Export-Import Bank of India/ arasında limitsiz kredit xəttinin açılması barəsə saziş imzalanıb.
İranın Hindistanda səfiri Ansari qeyd edib ki,bu razılaşmaya uyğun olaraq İran şirkətləri Hindistanda müxtəlif maşın,avadanlıq və xidmətlərin alınması üçün kreditdən istifadə edə bilər.
“Bu kredit xəttində limit müəyyən edilməyib – deyə səfir vurğulayıb və əlavə edib ki,birinci mərhələdə iran şirkətlərinə 150 milyon dollar vəsait ayrılıb. Kredit qurtaran kimi,yeni vəsait ayrılacaq”.
30 il əvvəl tətbiq edilmiş sanksiyalara uyğun olaraq İran ilə banklararası əməliyyatlara məhdudiyyətlər tətbiq edilib. 2009-cu ildə İran kredit təşkilatları SWIFT beynəlxalq köçürmə sistemindən kənarlaşdırılıblar.