Səudiyyə Ərəbistanın neft naziri Əli Al-Nəimi Əbu-Dabi şəhərində keçrilən enerji forumunda bildirib ki,neft bazarlarında tezliklə qiymətlərin bərpa bərpa olunması başlayacaq.
Neft qiymətlərinin azalması səbəbi kimi Al-Nəimi “OPEK-ə daxil olmayan neft hasil edən ölkələr arasında qarşılıqlı əlaqənin olmaması,informasiyanın azlığı və möhtəkirlərin eqoist maraqlarını” göstərib.
Nazir həmçinin əlavə edib ki, neft qiymətlərinin azalması Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin iqtisadiyyatının təsir etməyəcək.
Neft qiymətlərinin digər mümkün səbəbi kimi BƏƏ-nın energetika naziri Məhəmməd Sohail bin Faris Fərəc əl-Mazrui OPEK-ə daxil olmayan ölkələrin “məsuliyyətsiz neft hasilatı ilə izah edib”.
Əvvələr xəbər verilirdi ki, bəzi OPEK üzvləri düşən neft qiymətlərinin müzakirə etmək üçün təşkilatın erkən iclasının çağrilmasını tələb ediblər.