Avropa Komissiyasının rəqabət üzrə direktoratlığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Yunanıstanın qaz nəqli operatoru olan DESFA-da 66 faiz iştirak payının əldə etməsi məsələsinə baxılmasının vaxtını dəyişib.
Trend-in məlumatına görə, bunun əvvəlcə martın 23-dək baş verəcəyi gözlənilirdi, lakin hazırda yekun tarix aprelin 22-dək uzadılıb.
Qeyd edək ki, SOCAR DESFA şirkətinin 2/3-ni 400 milyon avroya almaq niyyətindədir.