Türkmənistan prezidentinin fərmanı ilə Seyidi neft emalı zavodu direktoru vəzifəsinin səlahiyyətlərinin icrası zavodun direktor müavini Ramazan Durduevə həvalə edilib.
Dövlət başçısının digər sərəncamı ilə zavodun keçmiş rəhbəri Rejepqeldi Şiryayev “ona həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilmədiyi üçün” vəzifədən azad edilib.
Türkmənistan 2015-ci ilə neft emalı sənayesinin gücü 15 milyon tona,2020-ci ilə isə 20 milyon tona çatdırmaq istəyir.
Əvvələr bildirilirdi ki, Türkmənistanın yaxın gələcəkdə neft emalı sahəsində beynəlxalq tender elan edəcək.
Söhbət dizel fraksiyalarının hidrotəmizlənməsi qurğusunun layiləndirilməsi və inşası və benzinin katolik krekinqi və kokslaşması kompleksindən gedir.