Səudiyyə Ərəbistanın neft və mineral ehtiyatlar naziri Ali an-Nuyami bildirib ki,dünya qiymətlərinin düşməsinə baxmayaraq onun ölkəsi neft hasilatını azaltmayacaq.
“Bu qeyri-mümkündür ki,Səudiyyə Ərəbistanı və ya OPEK öz paylarının azalması və digərlərinin payının artmasına səbəb olacaq hər-hansı bir addım atsın” – deyə o OPEK-ə daxil olmayan ölkələri nəzərdə tutub.