Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski bildirib ki,Bolqarıstan höküməti nümayəndə heyəti Rusiyanın energetika naziri Aleksandr Novikov ilə “Cənub Axını” qaz kəməri layihəsinin davam etdirilməsi mümkünlüyü barədə danışıqlar aparmaq üçün dekabrın 19-da Moskvya səfər edəcəklər.
“Bolqarıstan heç vaxt “Cənub Axını” layihəsini dayandırmaq istəməyib və biz həmişə istəmişik ki,layihə həyata keçrilsin. Biz Rusiyanın energetika nazirindən layihə barədə rəsmi mövqeyi öyrənmək istəyirik”, – deyə Lukarski bildirib.
Lukarskinin sözlərinə görə, Bolqarıstanın mövqeyi ondan ibarətdir ki, ”Cənub Axını” layihəsini Avropa direktivlərinə və qanunvericiliyinə uyğun həyata keçirmək mümkündür.