Qazaxıstan prezidenti Nursultan Nazarbayev Çinin dövlət şurasının sədri Li Keçyanla görüş keçirib. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat verib.
“Qazaxıstan neftinin böyük hissəsi Çin şirkətlərinin iştirakı ilə hasil olunur”, – deyə Nazarbayev bildirib. Qazaxıstan ərazisindən tranzit neft kəmərlərinin keçdiyini qeyd edən Nazarbayev həmçinin tranzit-nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
“Horgos dövlətlərarası ticarət mərkəzinin,avtomobil və dəmir yollarının birgə inşası davam edir. Bu çərçivədə biz Çinin Böyük İpək yolunun dirçəlişi haqqında təşəbbüsünu,infrastruktur layihələri üçün müvafiq fondun və bankın yaradılmasını dəstəkləyirik” – deyə prezident sözlərinə yekun vurub.
Qeyd edək ki, Çinin payı Qazaxıstanın neft hasilatında 22% təşkil edir.