Yunanıstanın ətraf mühit və energetika naziri bildirib ki,Yunanıstan,Bolqarıstam və Rumıniyanı birləşdirəcək “şaquli qaz dəhlizin” (Vertical Corridor) gücü 3-5 milyard kub metr təşkil edəcək.
Yunanıstanın energetika naziri Yannis Maniatis onun rumın həmkarı Razvan Nikolesku və Bolqarıstanın energetika nazirinın müavini Anton Pavlov dekabrın 9-da “şaquli dəhliz haqqında” birgə bəyanat imzalayıblar.
“Şaquli dəhliz” birləşdirici xətlər vasitəsilə 3 ölkənin milli şəbəkələrini birləşdirən yeni marşrutdur.Qaz bu marşrut vasitəsilə Yunanıstandan Bolqarıstana və Rumıniyaya,ordan isə digər Avropa ölkələrinə tədarük edilə bilər. 3-5 milyard kub metr həcmində qaz müxtəlif mənbələrdən,o cümlədən,Revetusada olan mayeləşdirilmiş təbii qaz zavodundan,Trans Adriatik Boru kəmərindən və Yunanıstanın şimalında olan üzən LNG stansiyasından daxil ola bilər” – deyə Yunanıstanın Energetika nazirliyi xəbər verib.
Qeyd edək ki,Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində 2020-ci ildə TAP boru kəməri ilə Avropaya 10 milyard kub metr qaz tədarük edəcək. İki ildən sonra isə “Cənub qaz dəhlizinin” genişləndirilməsi başlayacaq və tədarükün həcmi 8 milyard kub metr artacaq. Bu həcmin bir hissəsi “Şaqulu dəhlizlə” nəql edilə bilər.