İranın iqtisadiyyat və maliyyə nazirinin Pakistanın neft və təbii ehtiyatlar naziri ilə danışıqlarının nəticələrinə görə,3 illik fasilədən sonra Pakistana neft ixracı bərpa edilir.
Qeyd etmək lazımdır ki,3 il bundan əlavə İran Pakistana gündə 12 min barel neft tədrük edilirdi. Ancaq Kəraçi neft emalı zavodunun kredit xətləri aça bilməməsi ilə bağlı yaranmış maliyyə problemləri üzündən neft tədarükü dayandırılmışdı.
Kəraçi neft emalı zavoduna kredit xətlərinin açılmasında problemlər İrana qarşı sanksiyların tətbiq edilməsindən sonra yaranmışdı. Bunun nəticəsində 2011-ci ilin noyabrında İran neftinin Pakistana tədarükü dayandırılmışdı.
Bununla belə, İslamabadda keçrilən Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə İran-Pakistan Komissiyasının 19-cu iclası çərçivəsində İran neftinin Pakistana ixracının bərpası üzrə yeni razılaşma əldə edilib.