Manqıstau vilayəti akimi Alik Aydarbayev bildirib ki, 2015-ci ildə neft sektorunda mütəxəssislərin hazırlanması dayandırılacaq.
“Bu gün neft sənayesində kadr artıqlığı var. Onlar iş tapa bilmir. Aydındır ki, yüksək əmək haqqı bir çox insanları neft şirkətində işləməyə sövq edir. Gələn ildə neftçilərin hazırlanmasına vəsait ayrılmayacaq” – deyə Aydarbayev bildirib.
O, qeyd edib ki, vəsait tələb olunan sahələrdə mütəxəssilərin hazırlanmasına sərf ediləcək.
“Neft və qaz – əsasıdır və buna görə də bu sahədə mütəxəssislər hazırlanmalıdır.Amma kəmiyyətdən keyfiyyətə keçmək zamanıdır.Neft sənayesinə lazım olan qədər mütəxəssis hazırlanmalıdır. Təəssüf ki, bizim məzunların bəziləri,müasir şəraitdə işləmək meyarlarına cavab verə bilmirlər”, – deyə Aydarbayev bildirib.