İtaliyanın Saras neft emalı şirkətinin direktoru Dario Skaffardi Reuters agentliyinə bildirib ki, onlar “Rosneft” şirkəti birgə layihələrdən imtina etmirlər, ancaq onlardan bəziləri gözləmə rejiminə keçib.
Ötən il, ”Rosneft” Saras şirkətinin səhmlərinin 21% almışdı. Layihələr Saras şirkətinə “Rosneft”in yataqlarında neft hasil etməyə, ”Rosneft” şirkətinə isə Aralıq dənizi bazarlarına neft tədarükü artırmağa imkan verəcəkdi.
İtaliya şirkəti 3-cü rübdə bir il əvvəlki 2.9 milyon avro zərər ilə müqayisədə 27.3 milyon avro gəlir əldə edib.