SOCAR “Neft Daşları” yatağında yeni quyu istismara verib

Caspian TreasureAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
2592 nömrəli quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə 2585 nömrəli stasionar dəniz özülündən qazılıb.
Quyu Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılıb. Quyunun sutkalıq debiti 30 ton neft təşkil edir.
“Neft Daşları” yatağı 1949-cu ildə kəşf edilib. Yatağın geoloji ehtiyatları 365 mln. ton təşkil edir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.

Bu yazı Xüsusi xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir