Rumıniyada SOCAR brendi altında daha bir YDM istifadəyə verilib

sr-1Avqustun 29-da Rumıniyanın Ramnicu Valcea şəhərində „SOCAR” brendi altında fəaliyyət göstərən ilk yanacaq doldurma məntəqəsi istifadəyə verilmişdir.
SOCAR-dan verilən məlumata görə, geniş ərazini əhatə edən YDM-də Benzin-95 və Dizel Euro-5 tipli yanacaq məhsullarının satışı həyata keçirilir.
Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük (TIR) avtonəqliyyat vasitəsinin eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradır. Burada, YDM-dən istifadə edən müştərilərə “Nar Kafe”də ənənəvi olaraq Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidmətləri təklif olunur.
Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 29-a çatmışdır. Qeyd edək ki, hazırda SOCAR Rumıniyanın 11 regionunda – Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov və Klujda yanacaq doldurma məntəqələrinə malikdir.
Həmin gün SOCAR-ın Rumıniya Nümayəndəliyinin rəhbərliyi və kollektivi həmçinin Buxarestdə Türkiyənin Milli Bayramı “30 avqust – Zəfər günü” münasibəti ilə keçirilmiş tədbirlərə də qatılmışdır.sr-2
Toplantıda həmçinin Türkiyə və Azərbaycanın Rumıniyadakı səfirləri, bu ölkədə fəaliyyət göstərən Türk İş Adamları Dərnəyinin üzvləri, Türk toplusu, eləcə də KİV nümayəndələri iştirak etmişlər. Tədbir çərçivəsində Buxarest şəhərində ucaldılmış Mustafa Kamal Atatürkün abidəsi və Buxarest Türk Məzarlığı ziyarət olunmuşdur. Buxarest Türk Məzarlığında davam edən mərasimdə Türkiyənin Rumıniyadakı səfiri cənab Ömür Sölendil bu tarixi günlə əlaqədar keçirilən tədbirdə yaxından iştirakına görə SOCAR rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Bu yazı Materiallar kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir