Rusiya Federal Statistika Komitəsinin məlumatına görə,2014-cü ilin yanvar-iyununda Rusiyada qaz kondensatı daxil olmaqla neft hasilatı 260 milyon ton təşkil edib ki,bu da keçən ilin analoji dövrünün göstəricisindən 1.6% çoxdur.
Təbii qaz hasilatı 2% azalaraq 296 milyard kub metr təşkil edib.
Kömür hasilatı 4% azalaraq 166 milyon ton olub.
Benzin istehsalı 0.8% azalaraq 18.9 milyon ton,mazut istehsalı 5.6% artaraq 39.8 milyon ton təşkil edib.Dizel yanacağı istehsalı 9.6% artaraq 38.4 milyon ton olub.