2014-cü ilin yanvar-aprelində Aktau beynəlxal ticarət limanı 2013-cü ilin eyni dövrü ilə müqayisədə neft daşınmasını 226 min ton azaldıb.
2014-cü ilin yanvar-aprelində limandan 2 milyon 332 min ton neft və neft məhsulu nəql edilib.
Cari ilin aprelində Aktau limanında neft nəqli 624 min ton təşkil edib ki,bu da 2013-cü ilin analoji dövründən 142 min ton çoxdur.
2014-cü ilin 4 ayında Aktau limanından nəql edilən yüklərin ümumi həcmi 3 milyon 739 min ton təşkil edib.