BOTAŞ TANAP layihəsinə $2 milyard kredit cəlb edir

tanap-t5Türkiyənin dövlət boru kəməri şirkəti BOTAŞ Trans Anadolu qaz kəmərindəki (TANAP) payını maliyyələşdirmək üçün Avropa İnvestitsiya Bankı (AİB) və Dünya bankından 2 milyard dolarlıq kredit cəlb etmək üçün danışıqlar aparır. Bu barədə Bloomberg agentliyi xəbər yayıb.

Məlumata görə, danışıqlar Türkiyənin Energetika nazirliyi  ilə kordinasiyalı şəkildə aparılır.

“Gözlənilir ki, 1.07 milyard dollar krediti AİB, daha bir milyard isə Dünya Bankı tərəfindən ayrılacaq. Vəsait şirkətin TANAP layihəsindəki payının maliyyələşdirilməsinə sərf olunacaq. Hər iki kredit uzunmüddətli olacaq və onların verilmə şərtləri müzakirə mərhələsindədir.Mümkündür ki,kreditlər dövlət zəmanəti ilə cəlb olunsun”,- deyə xəbərdə deyilir.

10 ayda Azərbaycanda əmtəəlik qaz hasilatı 6% artıb

газ

2015-ci ilin yanvar-oktyabr aylarının nəticələrinə görə,Azərbaycanda 16 milyard 392.1 milyon kub metr əmtəəlik qaz hasil edilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 6.2% çoxdur. Bu barədə Caspian Barrel Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

“Oktyabrda əmtəəlik qazın həcmi 1 milyard 967.2 milyon kub metr təşkil edib”, – Dövlət Statistika Komitəsininin məlumatında bildirilir.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 18 milyard 827 milyon kub metr əmtəəlik qaz hasil edilib ki, bununda 14.99 milyard kub metri əmtəəlik qaz, 3.387 milyard kub metri isə səmt qazı təşkil edib.

Cari ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 20 milyard kub metr səviyyəsində gözlənilir.

OPEK-in neftin qiyməti 2009-ci ildən ilk dəfə $40-dan aşağı düşüb

упала“Bloomberg” agentliyi xəbər verir ki, OPEK-in 12 üzvünün qlobal bazara çıxardığı neftin bir barelinin qiyməti 2009-cu ildən ilk dəfə olaraq $40-dan aşağı düşüb.

Agentlik bazar ertəsi xəbər verib ki, noyabrın 13-də ticarətin sonunda OPEK-in səbətinin qiyməti bir barel üçün $39,21 təşkil edib.

Beynəlxalq enerji agentliyinin (EİA) rəhbəri Fateh Birol isə bildirib ki, cari neft qiymətləri ilə kartelin illik gəliri $550 milyard ola bilər. Son 5 ilin ortalama göstəricisi isə kartel üçün ortalam olaraq təqribən $1 trilyon təşkil edirdi.

OPEK-in növbəti iclası dekabrın 4-də Vyanada keçriləcək və iclasda hasilat kvotaları müzakirə ediləcək.

Səudiyyə Ərəbistanı neftinin tədarükü Rusiya neftinin qiymətinə mənfi təsir edib

oil700Səudiyyə Ərəbistanı neftinin Avropaya ixracı üzündən Urals markalı neftin Brentə nisbətdə endirimi $3,35 çatıb.

Rusiya Mərkəzi Bankının araşdırma departamentinin hesabatında bildirilir ki,”Səudiyyə Ərəbistanından Avropaya neft tədarükü Urals neftinin qiymətinə mənfi təsir göstərir.Rotterdama tədarük edilən Urals neftinin güzəştli qiyməti Brent markalı sortun qiymətinə nisbətdə bir barel üçün $3,35 qədər artıb. Əvvələr endirim bir barel üçün $2-dan artıq olmurdu”.

Ekspertlər qeyd edirlər ki,bu Rusiya ixracı və tədiyyə balansı və ən çox Rusiya büdcəsi üçün risklər yaradacaq.

Yeni bazarlar axtarışında olan Səudiyyə Ərəbistanı oktyabrda Rusiya neftinin ənənəvi bazarı olan Polşaya neft tədarükünə başlayıb.

“Çıraq” platformasında hasilat müvəqqəti dayandırıldı

chirag_platform

Bu gündən başlayaraq “Çıraq” platformasından hasilat təxminən 25 gün ərzində dayandırılacaq. Bu haqda “BP-Azərbaijan” şirkətindən (“Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru) Caspian Barrel-ə məlumat veriblər.

Məlumata görə, hasilatın dayandırılması planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması ilə əlaqədardır. Bu işlər  platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür.

“Bu proqramın hazırlığına 2014-cü ilin əvvəllərindən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2015-ci ilin iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilmişdir”, deyə BP-dən bildiriblər.

Qeyd edək ki, “Çıraq” platformasında gündəlik hasilat təqribən 50 min barel təşkil edirdi.

Qaz çəkilişi ilə bağlı bütün texniki şərtlər “ASAN xidmət”ə verilir

asan qaz

Rövnəq Abdullayev: 2016-cı ildən tədbirlərin həyata keçirilməsinə start veriləcək

2016-cı il yanvarın 1-dən etibarən təbii qaz çəkilişi ilə bağlı bütün texniki şərtlər “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib.

Abdullayevin sözlərinə görə, əsas məqsəd vətəndaşların rahatlığını təmin etmək və yarana biləcək problemlərin, neqativ halların qarşısını almaqdır.

Artıq bununla bağlı “ASAN xidmət”lə danışıqların aparıldığını diqqətə çatdıran SOCAR-ın prezidenti deyib: “Bundan sonra kim evinə, təsərrüfatına və ya müəssisəsinə qaz çəkmək istəyirsə, lazım olan sənədləri toplayıb birbaşa “ASAN xidmət” mərkəzlərinə müraciət edərək və heç bir vəsait ödəmədən təbii qaz çəkilişinə icazə alacaq. Biz eşidirik, bəzən bu məsələ ilə bağlı vətəndaşlardan, iş adamlarından müəyyən vəsait tələb edirlər. Biz bununla ciddi mübarizə aparırıq. Məhz belə hallar yaranmasın deyə texniki şərtlərin verilməsini “ASAN xidmət” vasitəsilə həyata keçirməyi qərara aldıq”.

Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı görülən işlərə də toxunan R.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifəyə uyğun olaraq, Avropaya ilk Azərbaycan qazı göndərilənədək ölkənin bütün yaşayış məntəqələrinin, ən ucqar kəndlərin maksimum səviyyədə qazlaşdırılması üçün SOCAR tərəfindən xüsusi proqram həyata keçirilir.

İndiyədək təsərrüfat sayı hesabı ilə artıq ölkənin 90 faizinin qazlaşdırıldığını deyən SOCAR-ın prezidenti deyib: “Qalan 10 faiz isə ucqar və, əhalisi az olan balaca kəndlərdir. Elə ucqar kəndlər var ki, 10 təsərrüfatı var, ora 50 kilometr uzunluğunda qaz xətti çəkmək iqtisadi cəhətdən heç cür sərfəli deyil. Biz yerli icra qurumları ilə birgə Azərbaycanın qazlaşdırılacaq bütün yaşayış məntəqələrinin xəritəsini hazırlayaraq ölkə rəhbərliyinə təqdim etmişik. 2018-ci ilə qədər Azərbaycanın qazlaşdırılması işini tam başa çatdıracağıq”.

SOCAR-da hazırlanan peşəkar fəhlə kadrlarına sertifikatlar verilib

qobustan telim

SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində bp-nin sifarişi ilə hazırlanan peşəkar fəhlə kadrlarına sertifikatlar təqdim edilib. Kadr hazırlığı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bp şirkəti arasında milliləşmə proqramı çərçivəsində imzalanmış təhsil Memorandumuna əsasən həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və bp-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel iştirak ediblər.

Məlumat verilib ki, 2014-2015-ci tədris ilində Qobustan Regional Təlim Mərkəzində təhsil almaq üçün elan edilən müsabiqəyə Qaradağ rayonunda yaşayan 224 gənc qatılıb. Test imtahanlarında uğur qazanmış 79 şagird 10 peşə üzrə təhsilə cəlb olunub. Onların arasında 21 ali təhsilli gənc və texniki universitetlərin 10 məzunu da var.

Şagirdlər SOCAR-ın müxtəlif idarə və müəssisələrində istehsalat təcrübəsi keçiblər. Yekun sınaq imtahanının nəticələrinə görə məzun adı qazanan şagirdlər SOCAR-ın sertifikatlarına layiq görülüblər.

 

AÇG blokundan ilin əvvəlindən 26 mln. ton neft hasil edilib

ACG production 2010-20152015-ci ilin yanvar-oktyabr aylarında Azəri-Çıraq-Günəşli”(AÇG) yataqlar blokundan 26 mln. ton neft və 10 mlrd. kubmetr səmt qazı hasil edilib. Bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə günü Bakıda Neft-Qaz Mühəndisləri Cəmiyyətinin Xəzər Texniki sərgi və konfransında çıxışı zamanı bildirib.

“AÇG blokundan hər gün 86,5 min ton neft və 33 mln. kubmetr səmt qazı hasil edilir. 2015-ci ilin 10 ayı ərzində AÇG blokundan 26 mln. ton neft hasil edilib ki, bunun da 65%-i və ya 17 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb”,- deyə X.Yusifzadə qeyd edib.

Onun sözlərinə görə, 2015-ci il noyabrın 1-nə olan vəziyyətə görə işlənməyə başlanıldığı dövrdən (1997-ci ilin noyabrı ayından – İnterfaks-az) AÇG blokundan ümumi neft hasilatı 380 mln. ton təşkil edib, bunun 209 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

“2015-ci ilin sonuna qədər AÇG blokundan hasil edilən neftin ümumi həcmi 385 mln. tona çatacaq, 2060-cı ildə isə 700 mln. tondan çox təşkil edəcək”,- deyə birinci vitse-prezident qeyd edib.

X.Yusifzadə əlavə edib ki, 2015-ci ilin 10 ayı ərzində Azərbaycandan 28 mln. ton neft (həmçinin “Şahdəniz” yatağından hasil edilən kondensat və SOCAR-ın hasil etdiyi neftin bir hissəsi – Caspian Barrel) ixrac edilib. Bunun 24 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunub. Ümumilikdə Azərbaycan neftinin ixracı üzrə əməliyyatların başladığı dövrdən 2015-ci il noyabrın 1-nə qədər Azərbaycan dünya bazarlarına 396 mln. ton neft, o cümlədən BTC ilə 288 mln. ton neft nəql edib.

2003-2015-ci illərdə ARDNF-dən dövlət büdcəsinə transfertlər 61 mlrd. manatı ötüb

budget-2015

2003-cü ildən 2015-ci il oktyabrın 1-nə qədər Dövlət Neft Fondundan (ARDNF) Azərbaycanın dövlət büdcəsinə transfertlərin ümumi həcmi 61 mlrd. 422 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

“2015-ci ilin 9 ayı ərzində ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 5 mlrd. 650 mln. manat təşkil edib”,- deyə fonddan bildirilib.

ARDNF 2003-cü ildə dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.

Xəbər verildiyi kimi, ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

budceye transfert

“Shell” şirkətində dərin eniş: şirkətin xalis mənfəəti 70% azalıb

shell-houseUcuz neft qiymətləri,Alyaska və Kanada daxil olmaqla $8,2  milyard dəyərində silinmələr üzündən,»Shell» şirkətinin xalis mənfəəti III rübdə 70% azalıb.

Şirkətin gəliri analitiklərin $2,74 milyard proqnozuna qarşı $1,8 milyard təşkil edib. “Shell” Alyaska şelfində  kəşfiyyat işlərinin başa çatması əlaqədar olaraq $2,6 milyard, Kanadada isə Carmon Creek qumlu neft layihəsinin dayandırılması ilə əlaqədar $2 milyard silib.

“Shell” şirkətinin hasilat bölməsi ilk dəfə zərər görüb.Emal bölməsinin gəliri isə keçən ilin eyni dövrü ilə müqayisədə 46% artaraq $2,6 milyard təşkil edib.