SOCAR “Petkim”dəki payının 13%-ni ABŞ bankına satıb

yub

Amerikanın “Goldman Sachs Group” bankı tərəfindən təsis edilən “Goldman Sachs International” (GSI) şirkəti “SOCAR Turkiye Enerji” şirkətinin səhmdarı olub ( Azərbaycan Dövlət Neft Şirkətinin 100% Türkiyədəki törəməsi) . Bu barədə “SOCAR Turkiye” şirkətinin rəhbəri Kənan Yavuz “Facebook” səhifəsində məlumat verib.

GCI “SOCAR Turkiye Enerji”nin səhmlərinin 13%-nə $1,3 mlrd. ödəyib.

“Tərəflərin razılığına əsasən, “Goldman Sachs” yaxın 6 il ərzində “SOCAR Turkiye Enerji”də IPO vasitəsilə öz payını satmaq iqtidarındadır. Bu satış həmin dövrdə həyata keçirilməsə, “Goldman Sachs” “SOCAR Turkiye Enerji”yə səhmlərin 10%-ni geri sata bilər, qalan 3% isə “SOCAR”a məxsus “Sermaye Investments Limited” şirkətinə satıla bilər, – deyə K.Yavuz izah edib.

Onun sözlərinə görə, GSI ilə saziş “SOCAR Turkiye Enerji”yə “Petkim” kompleksinin özəlləşdirilməsi məqsədilə cəlb edilən kreditdən qalan $1 mlrd.-a yaxın vəsaiti vaxtından əvvəl ödəməyə imkan verəcək.

Həmçinin, K.Yavuz qeyd edib ki, “SOCAR Turkiye Enerji”nin investisiya portfeli $20 mlrd. təşkil edir.

“SOCAR Turkiye Enerji” 2006-cı ilin sonunda neft emalı, neft-kimya sahələrində investisiya layihələrinin reallaşdırılması və Türkiyədə təbii qazın satışı ilə m\şğul olamq məqsədilə yaradılıb.

Şirkət Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin nəzarət səhmlərinin sahibidir. Bundan başqa, şirkət Türkiyədə neft emalı zavodu, konteyner terminalının tikintisi və ölkənin daxili bazarına qaz tədarükü ilə məşğuldur.

İyul ayında elektrik enerjisi ixracı artsa da, dəyər baxımından azalıb

elektrikBu ilin iyul ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 167 898,22 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 33 874,52 min kVt/saat,  yaxud 25,28% çoxdur.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 172 690,05 min kVt/saat, yaxud 45,04% azalaraq 210 759,67 min kVt/saata bərabər olub.

Komitədən bildirilib ki, iyul ayında həyata keçirilən elektrik enerjisi satışı 12 803,81 min ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 817,19 min dollar və ya 31,24% azdır.

SOCAR-ın payına göz tikən şirkətlər

Belçikanın “Fluxys”, Rumıniyanın “Transgaz” və İspaniyanın “Enagas” şirkətləri Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin 17 faizlik hissəsini almaq üçün Yunanıstan Dövlət Aktivlərinin İnkişaf Fonduna (Hellenic Republic Asset Development Fund, HRADF) rəsmi müraciət edib.
avvBu məlumatı yunan mediası yayıb. Bu müraciətə cavab bəlli olmasa da, Yunanıstanın yeni hökuməti DESFA-nın 17 faizini üçüncü qrupa, yaxud qruplara satmaqda maraqlı olduğunu bildirib.
Qeyd edək ki, SOCAR 2013-cü ilin dekabrında DESFA-nın səhmlərinin 66 faizinin əldə edilməsi üzrə tenderin qalibi olub.  2013-cü il iyulun 31-də Yunanıstan Dövlət Aktivlərinin İnkişaf Fondu DESFA qazpaylayıcı şirkətinin 66 faizlik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. Bu sövdələşmə carı ilin yanvar ayında Avropa Komissiyasının Rəqabət üzrə direktorluğunda araşdırılmağa başlanıb və 4 gün sonra isə Yunanıstanda hökumət dəyişikliyi olub. Yeni hökumət anti-monopoliya məsələlərini əsas gətirərək SOCAR-a DESFA-nın yalnız 49 faizlik payını sata biləcəyini açıqlayıb.
SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov isə ötən ay jurnalistlərə açıqlamasında bildirib ki, iki il öncə SOCAR DESFA şirkətinin özəlləşdirilməsi ilə bağlı tenderdə qalib gəlməsinə baxmayaraq, Yunanıstan və Azərbaycan tərəfləri arasında yaranmış anlaşılmazlıq nəticəsində Avropa İttifaqı bu layihənin həyata keçirilməsinə razılıq vermir. Xatırladaq ki, Trans-Adriatik Boru Xətti (TAP) layihəsində “Fluxys” 19 faiz, “Enagás”  isə 16 faiz paya malikdir.
bizimyol.info

Neft Fondu AÇG-dən gələn toplam gəlirləri açıqladı

neft_gəliriAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 114 milyard 752 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə məlumatı  ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Qeyd edilib ki, bu ilin yeddi ayında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 4 milyard  602 milyon dollar vəsait daxil olub.

marja.az

AÇG-də yeni quyuların sayı artır, ancaq hasilat azalmaqda davam edir

“BP-Azerbaijan” şirkətinin cari ilin II rübünün yekunları ilə bağlı açıqladığı hesabat maraqlı məqamları üzə çıxarıb. Belə ki, Caspian Barrel-in hesabatla bağlı apardığı araşdırmalar zamanı məlum olub ki, müqavilə sahəsində intensiv qazma işlərinin aparılmasına baxmayaraq hasilatda geriləmə qeydə alınıb.

Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BPŞirkətin rəsmi məlumatında bildirilir ki, 2015-ci ilin I yarısında “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 87 istismar quyusundan həyata keçirilib.

Hesabat dövründə konsorsium müqavilə sahəsində 9 hasilat quyusu və 1 suvurma quyusu qazıb. Nəticədə cari ilin iyun ayının sonuna 87 hasilat və 40 texniki quyu (suvurma və qazvurma) istismarda olub. Bunun nəticəsində konsorsium AÇG-dən 116 milyon barel neft hasil edib.

İndi gəlin 2014-cü ilin eyni dövründəki vəziyyətlə tanış olaq: müqavilə sahəsində 81 hasilat quyusu və 36 texniki quyu istismarda olub. Bu dövrdə konsorsium 8 hasilat quyusu və 1 suvurma quyusu qazıb. 2014-cü ilin I yarıısında AÇG üzrə hasilat 118,8 milyon barel təşkil edib.

Yəni cari ildə hasilat quyularının 6 ədəd, texniki quyuların sayının isə 4 ədəd artmasına baxmayaraq hasilat 6 ayda 2,8 milyon barel azalıb.

“BP-Azerbaijan” sirkətin açıqladığı məlumatına görə, neft hasilatının başlandığı 1997-ci ilin noyabr ayından 2015-ci il iyunun sonuna qədər AÇG-dən 2,7 mlrd. barel və ya 366 mln. tondan artıq neft hasil edilib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları BP (Böyük Britaniya – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.

BP Xəzərin dərin hissəsində kəşfiyyat qazma işlərinin başlanmasını planlaşdırır

“BP-Azerbaijan” şirkəti Azərbaycanın Xəzər dənizi sektorunda “Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən xəbər verir.

Asiman“Biz bu müqavilə blokunda 3D seysmik kəşfiyyat məlumatlarının öyrənilməsini başa çatdırdıq. Proses 18 ay davam edib, indi ilk kəşfiyyat quyusunun qazma işləri üçün bir ilə yaxın müddət lazım olacaq”, – deyə şirkətdən qeyd ediblər.

“BP-Azerbaijan” “Şəfəq-Asiman” müqavilə blokunda tədqiqat qazıntısına 2016-cı ilin dördüncü rübündə başlamağı planlaşdırırdı. Lakin 2014-cü ilin may ayında şirkət bəyan edib ki, qazma əməliyyatlarına başlanması müddəti boş qazma qurğusunun olmasından asılıdır.

Xəbər verildiyi kimi, “Şəfəq-Asiman” strukturunda quyunun dərinliyi təxminən 6500-7000 metr təşkil edəcək, qazıntı zamanı burada yüksək təzyiq və temperaturlar gözlənilir. Struktur sahəsində dənizin dərinliyi 650-950 metr arasındadır. İlkin məlumatlara görə, məhsuldar qalın təbəqə təxminən üç kilometr təşkil edir və 5 km-dən 8 km-ə qədər dərinlikdən başlayır.

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və “BP Exploration” şirkətləri arasında blokun təqdiqatına dair müqavilə 2010-cu ilin iyul ayında imzalanıb və 2011-ci ilin iyun ayında qüvvəyə minib. Tərəflərin hər birinin müqavilədəki payı 50% təşkil edir. Müqavilə daha 5 il uzadılma imkanı ilə 30 il müddətinə nəzərdə tutulub,.

Müqavilənin şərtlərinə görə, əgər tədqiqat proqramı neft ehtiyatlarını təsdiqləsə, onda hər 100 mln. barel neft üçün bonus $1 mln. təşkil edəcək. Blokda kommersiya işlənməsinin başlamasından sonra 3 gün ərzində $50 mln. məbləğində bonus ödənməlidir.

Bundan başqa, “BP Exploration” hər il müqavilə sahəsinin hər 1 kv. kilometri üçün Azərbaycana $2 min məbləğində akrhesabı ödənişlər verməlidir.

“Şəfəq-Asiman” blokunun ümumi sahəsi 1100 kvadrat metr təşkil edir. Burada indiyə qədər geolojı tədqiqat işləri aparılmayıb.

“Azəriqaz” abonentlərinin sayı 1,77 milyonu ötüb

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyinin 1 avqust 2015-ci il tarixinə abonentlərin sayı 1 mlnş 772 min 347  çatıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilib.

azerigazBununla belə, 1 mln. 749 min 219  nəfər əhali, 23 min 128  nəfər isə qeyri-əhali sektoruna aiddir.

“2015-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 6558 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 369 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində hesabat dövründə respublikanın 140 yaşayış məntəqəsi qazlaşdırılıb“, – deyə məlumatda qeyd olunur.

Xəbər verildiyi kimi, 2015-ci ildə SOCAR ölkənin 44 rayonunda 681 yaşayış məntəqəsini qazlaşdırmağı planlaşdırır. 2014-cü ildə “Azəriqaz” Azərbaycanda 58 yaşayış məntəqəsini qazlaşdırıb.

İranın neft naziri Azərbaycan nümayəndə heyəti ilə görüşdə

iran-seferAvqustun 4-də Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılığı ilə Tehranda səfərdə olan nümayəndə heyəti İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşüb. Bu haqda bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinin tərkibində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin Qaz İxrac İdarəsinin rəis müavini Kamal Abbasov və SOCAR-ın İrandakı nümayəndəliyinin direktoru Oqtay Sadıqzadə də olublar.

Görüşdə Azərbaycan və İran arasında enerji sektorunda əməkdaşlığın mövcud vəziyyəti və mümkün perspektivləri müzakirə edilib. Azərbaycanla İran arasında qaz mübadiləsinə dair svop müqaviləsinin uzun müddətdir ki, vaxtı-vaxtında yerinə yetirildiyi qeyd olunub. Tərəflər qarşılıqlı əlverişli şərtlərlə karbohidrogenlərin nəqli istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

“Şahdəniz”də hasilat dayandırılıb

shahdeniz-2“Şahdəniz” platformasından hasilat avqustun 2-dən başlayaraq təxminən 20 gün ərzində dayandırılacaq. Bu haqda “BP-Azerbaijan”  şirkəti (“Şahdəniz” yatağının işlənməsi üzrə yaradılmış konsorsimun operatoru) məlumat yayıb.

Məlumatda bildirilir ki, platformada hasilat işləri ona görə dayandırılır ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.

Şirkətin məlumatına əsasən, bu, planlaşdırılmış iş proqramıdır və normal əməliyyatların bir hissəsidir. Bu proqramın hazırlığına 2014-cü ilin əvvəllərindən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2015-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması bu ilin hasilat planına da daxil edilib.

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan (Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından) hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalının AÇG və İlkin Neft proqramı hissələri də normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvəli qrafik üzrə davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarı üçün vacibdir və əsasən, elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

Ucuz neftin Azərbaycan iqtisadiyyatına təsiri

Dünya Bankının neft qiymətlərinə dair son proqnozlarında göstərilir ki, cari ildə “qara qızılın” orta qiyməti bir barel üçün 57,8 dollar  təşkil edəcək. Bəs Azərbaycan neftin bu qiymətləri çərçivəsində 2015-ci ili necə başa vuracaq, bunun ölkə iqtisadiyyatı üçün hansı fəsadları ola bilər?

krantƏvvəla onu qeyd etmək lazımdır ki, Dünya Bankının açıqladığı bu rəqəm, neftin son 5 həftə ərzində ucuzlaşdığı şəraitdə və IV rüb üçün qiymətlərdə heç də artımla bağlı ürəkaçan xəbərlərin olmadığı bir zamanda, heç də pis göstərici deyil. Belə ki, ötən ilin sonlarında bir sıra beynəlxalq enerji agetnliklərinin və maliyyə institutlarının cari il üçün verdikləri proqnozlarda neftin pessimist ssenaridə qiyməti 52-53 dollar, real 55 dollar ətrafında, pozitiv isə 57-58 dollar göstərilirdi. Göründüyü kimi, Dünya Bankı hələki pozitiv ssenaridən çıxış edir.

Bu qiyməti əsas götürsək, onda Azərbaycan neftinin orta ixrac qiyməti 2014-cü illə müqayisədə 42% ucuzlaşmış olacaq. Təbii ki, həmin faktor ölkənin gəlirlərinə birbaşa və dolayısı ilə təsir edən amildir. Neft və neft məhsulları ixracatda təqribən 90% paya malikdir. Bu isə o deməkdir ki, Azərbaycanın valyuta gəlirlərinın ilin sonuna qədər orta hesabla yarıbayarı azalma ehtimalı var, çünki hasilatda da obyektiv səbəblər üzündən müəyyən qədər enmə müşahidə olunur.

Bəs bu iqtisadiyyatda özünü necə hiss etdirəcək? Axı Azərbaycan uzun illər boyu məhz neft hasilatının artımı, bu faktor səngiyəndə isə bahalı neft amilinə görə iqtisadiyyatdakı inkişafı təmin edə bilmişdi. İndi isə artıq onun iqtisadiyyatında YENİ DÖVR başlayır – ucuz neft dövrü, hansında ki, ölkə qənaət rejimində özünü yaşamağa hazırlamalıdır. Dünya bankının və digər maliyyə institutlarının hesabatları isə onu göstərir ki, yaxın 5 və daha çox dövr üçün neft qiymətlərinin artımı elə də yüksək olmayacaq. Məsələn, 2020-ci ildə ancaq 72 dollar səviyyəsinə çatması güman edilir. Ancaq həmin qiymət 2010-cu il qiyməti ilə müqayisə edildikdə alıcılıq qabiliyyətinə görə reallıqda 62,7 dollar olacaq.

Cari ildə Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manat vəsaitin köçürülməsi proqnozlaşdırılıb. Neft Fondunun rəsmi məlumatına görə, ilin I yarısında büdcəyə 3 milyard 561,6 milyon manat vəsait köçürülüb. Yəni proqnoz göstəricilərinin 34,2% qədəri. Bu onu göstərir ki, hökumət Neft Fondundan xərcləmələrə ehtiyatla yanaşmağa başlayıb və dünya bazarında neftin qiymətlərinə müvafiq olaraq bu xərcləməri tənzimləməyə çalışır.

budce-2015İkincisi, bir faktı da nəzərə almaq lazımdır ki, cari ilin dövlət büdcəsinin və Neft Fondunun gəlirləri Azərbaycanın ixrac neftinin orta qiymətinin 90 dollar qiymətinə proqnoz edilib. Bu isə o deməkdir ki, həm dövlət büdcəsinə neft şirkətlərinin xətti ilə ödənilən vergilərin miqdarı kəskin azalacaq, kəm də Neft Fonduna daxilolmalar iki dəfə azalmış olacaq. Nəticədə kəsirlərin bağlanması məsələsi gündəmə gəlir. Dövlət büdcəsində bunu Neft Fondu vəsaitləri hesabına ödəmək mümükündürsə, Neft Fondunun daxilolmalarının 95%-ni neft gəlirləri təşkil edir və neftin aşağı qiymətlərində Fondun aktivlərinin ildən ilə azalması qaçılmazdır.

Belə olan halda hökumət Neft Fondunun vəsaitlərindən ilk növbədə dövlət əhəmiyyətli layihələrin (onlar hazırda əsasən neft və qaz sektoruna aid layihələrdirlər ki, yaxın 5 ildə yekunlaşmaları planlaşdırılıb) maliyyələşdirilməsi üçün istifadə edəcək, daha sonra büdcədən maliyyələşən sektorlara yönəldəcək. Nəticədə daha büdcədən əvvəlki kimi infrastruktur layihələrinə, regionların inkişafı çərçivəsində çoxmilyonluq layihələr, təhsil və səhiyyə nazirliklərinə tikinti və təmir üçün milyardlıq vəsaitlərin ayrılması mümükünsüz olacaq.  Bu isə təbii ki, iş yerlərinin ixtisarı, iqtisadi aktivliyin azalması deməkdir. Çünki iqtisadiyyatı xammaldan asılı olan və dövlət sektorunun dominantlığı olan ölkələrdə, adətən, özəl sektorun inkişafı məhz periodik xarakter daşıyır: xammalın qiyməti yüksək olanda, dövlətin imkanları genişlənəndə buradakı özəl sektor da çiçəklənir, çünki onun qida mənbəyi əsasən həmin strukturlara bağlıdır.

Caspian Barrel