Azərbaycan neftinin orta ixrac qiymətinin $54 olduğu zaman (2015-ci il) SOCAR ili zərərlə başa vursa da, $45 qiymətində mınfəətə çıxa bilib
SOCAR-ın iqtisadi məsələr üzrə vitse-prezidenti Süleyman Qasımovun sözlərinə görə, belə bir nailiyyətə Dövlət Neft Şirkəti mövcud bazar şəraitində yürütdüyü çevik siyasət nəticəsində nail olub.
Onun söclərinə görə, 2016-cı ilin I yar;s;nda SOCAR-ın audit olunmuş maliyyə göstəricilərinə görə, şirkət həmin dövrü mənfəətlə başa vurub. Bu dövrdə əldə edilən mənfəət 550 mln. manat olub: “Düşünürük ki, ilin sonuna bu rəqəm ən azı qorunub saxlanılacaq”
Caspian Barrel xatırladır ki, 2015-ci ili SOCAR 1 mlrd. 785 mln. manat xalis zərərlə başa vurmuşdu, baxmayaraq ki, 2014-cü ildə onun mənfəəti 1 mlrd. 274 mln. manat təşkil etmişdi.