Suyun dibində tapılan köşkü gəmiyə qaldırdıqdan sonra məlum olub ki…
“Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş köşk gəminin göyərtəsinə qaldırılmışdır.
Caspian Barrel SOCAR-a istinadən bildirir ki, köşkün 3 saylı Neft Yığım Məntəqəsinə aid yaşayış köşkü olmadığı müəyyən edilmişdir.
Məlum olmuşdur ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan köşk soyunub-geyinmə köşküdür. Məhz bu baxımdan da onun içərisində heç bir neftçinin olmadığı üzə çıxıb.
SOCAR məlumat verir ki, axtarış işləri davam edir.