SOCAR-ın N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində baş vermiş hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.Bu barədə şirkətin məlumatında deyilir.
Hadisə ilə əlaqədar bu günsaat 15:00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcək.
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
Hadisə yerinə dərhalFövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.
Interfax