Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) işlənməsi üzrə operator)“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 2017-ci ilodə neft hasilatı üzrə planlarını hələlik müəyyən etməyib. Bu barədə “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün jurnalistlərə məlumat verib.
“2015-ci ilin yekunları üzrə AÇG blokundan neft hasilatı 634 min barrel təşkil edib. 2016-cı ilin yekunları üzrə bu göstərici bir qədər aşağı və sutkalıq 630 min barel çərçivəsində olacaq. 2017-ci ildə AÇG blokundan neft hasilatı üzrə proqnozlara gəlincə, konkret rəqəm səsləndirə bilmərəm. Hazırda SOCAR ilə iş planı və təsdiq üçün gələn il üçün büdcə layihəsi müzakirə olunur”, – deyə B.Aslanbəyli bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə AÇG blokunda neft hasilatını 2015-2016-cı illərin səviyyəsində saxlamaq “yataqların köhnəlməsi, quyuların su ilə təminatı, qazılacaq quyuların səmərəliliyinin əvvəlkilərlə müqayisədə yüksək olmadığını nəzərə alaraq, kifayət qədər çətin olacaq”.
Vitse-prezident əlavə edib ki, 2017-ci ildə AÇG blokunda platformalarda profilaktik işlərin aparılması planlaşdırılmır.