Doqquz ayda Azərbaycandakı magistral neft kəmərləri ilə 33,5 mln tonadək neft nəql olunub

neftCari ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 33 milyon 482,1 min ton neft nəql olunub. Nəqletmənin 77,3 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 25 milyon 895,1 min ton neft ötürülüb. Doqquz ayda BTC ilə 3,5 milyon ton tranzit neft də nəql edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Оставьте первый комментарий

Оставить комментарий

Ваш электронный адрес не будет опубликован.


*