İran və Azərbaycan arasında elektrik enerjisi mübadiləsinin gücü 2,5 dəfə artıb. Bu barədə Trend-ə eksklüziv olaraq İranın energetika naziri Həmid Çitçiyan deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında yeni 330 klovoltluq 52 km. olan elektrik ötürücü xətləri istismara verilib: “Bununla da İran və Azərbaycan elektrik enerjisi mübadiləsini 200 meqavatdan 500 meqavata qədər artırırıb”.
İranlı nazir həmçinin “Azərenerji” rəhbərliyi ilə elektrik enerjisi sahəsində əməkdaşlığın inkişafı istiqamətində birgə işlər nəzərdə tutulduğunu qeyd edib.