Çərşənbə günü neftin dünya qiymətləri artmaqda davam edir.
Bu gün saat 22.23 olan vəziyyətə görə, “Brent” markalı neftin qiyməti 11 noyabr 2015-ci il tarixindən bu yana ilk dəfə olaraq 47 dollara çatıb.
Belə ki, Şimal dənizi neftinin bir barelinin iyun fyuçersləri 3,18% bahalaşaraq 47,03 dollar olub.
Hazırda 23.43 radələrində isə 47.18 dollar qiymətinə satılır.
Elektron hərraclar zamanı WTI markalı neftin iyun fyuçersləri 3,20% artaraq bir barelə görə 45,45 dollar təşkil edib.
“Bloomberg” agentliyinin məlumatına görə, Amerika bazarında neftin 45 dollar həddini keçməsi şist neft yataqlarında dayandırılmış buruqların yenidən işə salınması üçün münbit şərait yaradır. Belə quyuların istismara verilməsinə adətən iki həftə müddəti tələb olunur. Ona görə də bazar iştirakçıları maraqla bu prosesin baş verməsini izləyəcəklər. Çünki belə bir şərait hələ praktikada indiyə qədər yaşanmayıb.