2016-cı ilin birinci rübünün nəticələrinə görə, BP şirkətinin zərəri bir əvvəlki $2,602 milyard mənfəətə qarşı $583 milyon təşkil edib. Bu barədə şirkətin rüblük hesabatında deyilir.
Hesabat dövründə şirkətin ümumi gəliri 30.6% azalaraq $38,512 milyard təşkil edib.
Şirkətin neft hasilatı yanvar-martda 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5.2% artaraq gündə 2,428 milyon barel neft ekvivalenti olub.