2007-ci ildən 1 mart 2016-cı tarixinə kimi Azərbaycan dövlət Neft Fondunun (SOFAZ) “Şahdəniz” qaz kondensat yatağının işlənməsindən gəlirləri 2.457 milyard dollar təşkil edib.
2016-cı ilin yanvar-fevralında “Şahdəniz” layihəsi çərçivəsində SOFAZ 18 milyon dollar gəlir əldə edib ki, onlardan 14 milyon dolları fevralda daxil olub. Yanvarda gəirlər 4 milyon dollar təşkil edib.
“Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. Yatağın işlənməsi barədə müqavilə 1996-cı ildə imzalanıb.
Layihədə pay bölgüsü tərəfdaşlar arasında aşağıdakı kimidir: BP (operator) – 28,8 faiz, TPAO – 19 faiz,Petronas – 15.5 faiz, SOCAR – 10 faiz, Lukoil 10 faiz,Niko – 10 faiz, SGC Upstream – 6,7 faiz.