ABŞ-ın “Chevron” neft şirkətinin xalis mənfəəti 2015-ci ilin üçüncü rübündə 2.8 dəfə azalaraq $ 2 milyard 37 milyon təşkil edib. Bir səhmə düşən gəlir $1,09 olub.
Şirkətin əsas fəaliyyətdən daxil olan gəliri 36.5% azalaraq – $52 milyarddan $33 milyarda qədər düşüb.
Şirkətin press-relizində deyilir ki,2017-18-ci illərdə Chevron qənaət proqramını genişləndirəcək və onunla bağlı 6-7 min iş yeri azaldılacaq.
Şirkətin məzənnə fərqindən zərəri bir il əvvəlki $366 milyon gəlirə qarşı $394 milyon zərər təşkil edib.
“Chevron” 3-cü rübdə gündə 2.54 milyon barel neft ekvivalenti neft və qaz hasil edib.
“Upstream” (kəşfiyyat və hasilat) sahəsində şirkətin gəliri bir il əvvəlki $4,65 milyarda qarşı $59 milyon dollar təşkil edib.
“Downstream” (emal və satış) bölməsində şirkətin gəliri $2,21 milyarda qədər artıb.
“Chevron” 2016-cı ildə kapital qoyuluşunu $25-28 milyard səviyyəsində gözləyir.