9 ayda ACG-də neft hasilatı 600 min ton azalıb

Cari ilin 9 ayınında “BP-Azərbaycan” şirkətinin operatorluğu ilə “Azəri-Çıraq-Günəşli” dəniz blokunda 175 milyon barel və ya təqribən 23,6 milyon ton neft hasil edilib.

oil_warBu haqda “BP-Azərbaycan” şirkətinin bu gün yayadığı məlumatda bildirilir. Caspian Barrel isə öz növbəsində bildirir ki, 2014-cü ilin yanvar-sentyabr aylarında ACG-dən 179 milyon barel neft hasil edilmişdi. Bu baxımdan 9 ayda AÇG-dən neft hasilatı 2,23% və ya 4 milyon barel azalıb (tonla 600 min).

Qeyd edək ki, 2015-ci ilin 9 ayında “Çıraq” platformasında orta gündəlik hasilat 54 000 barel (2014-cü ilin 9 ayının nəticələrinə görə — 63 600 barel), “Mərkəzi Azəri”də 156 000 barel (169 600 barel), “Qərbi Azəri”-də 110 000 barel (159 600 barel), “Şərqi Azəri”-də 72 000 barel (77 300 barel), “Dərinsulu Günəşli”də 141 000 barel (147 200 barel) və “Qərbi Çıraq”-da 107 000 barel (38 400 barel) təşkil edib.

Caspian Barrel “BP-Azərbaycan”ın məlumatları əsasında bildirir ki, AÇG üzrə orta gündəlik hasilat cari ilin 9 ayında 640 000 barel olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 15 700 barel azdır.

2015-ci ilin sentyabr ayının sonuna  AÇG-də ümumilikdə 88 neft hasilat quyusu və 42 qaz və su injektor quyusu istismarda olduğu halda, 1 il əvvəl müqavilə sahəsində 77 neft hasilat quyusu və 36 texniki quyu istismarda idi.

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Chevron (11,3%), İnpex (11%), Statoil (8,6%), ExxonMobil (8%), TPAO (6,8%), İtochu (4,3%), ONGC Videsh Limited (2,7%).

Оставьте первый комментарий

Оставить комментарий

Ваш электронный адрес не будет опубликован.


*