Rusiya prezidenti Vladimir Putin “LUKoil”un prezidenti Vahid Ələkbərovla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Kremlin saytında bildirilir.
“Şirkətin hazırkı iqtisadi şəraitdə fəaliyyət məsələləri müzakirə olunub”, — deyə məlumatda bildirilir.
Caspian Barrel xatırladır ki, “LUKoil” Rusiyanın ən iri özəl neft şirkəti sayılır (ildə 90 milyon tondan çox neft və 30 milyard kub metrə qədər qaz hasil edir). Hazırda “LUKoil” İraqın “Qərbi Qurna-2” yatağında neft hasilatını həyata keçirir. Şirkət bu layihədən neft hasilatına başlamaq üçün indiyə qədər 6,5 milyard dollar sərmayə qoyub.