2015-ci ilin yanvar-avqustunda Rusiyanın Urals markalı xam neftinin orta qiyməti bir barel üçün $55,43 təşkil edib. Bu barədə “İnterfax” agentliyinə Maliyyə Nazirliyinin eksperti Aleksandr Sakoviç bildirib.
2014-cü ilin yanvar-avqustunda bir barel üçün orta qiymət $106,28 dollar səviyyəsində idi.Beləliklə,qiymət keçən ilin analoji dövrü ilə müqayisədə 1.9 dəfə azalıb.
2015-ci ilin avqustunda Urals markalı neftin bir barelinin orta qiyməti $45,63 təşkil edib. Bu 2014-cü ilin avqust ayındakı qiymətdən ($101,09 bir barel üçün) 2.2 dəfə azdır.
Urals neftinin bir barelinin qiyməti 2015-ci ilin yanvar-iyununda $56,76 dollar təşkil edib ki,bu da 2014-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1.88 dəfə azdır.