Materiallar

Şahdənizdən qaz hasilatı 64 milyard kub metri aşıb

shah-21“Şahdəniz” yatağından qaz hasilatının ümumi həcmi 2006-cı ilin noyabrından 2015-ci ilin sentyabrın 1-nə qədər olan müddətdə 64 milyard kub metri ötüb. Bu barədə SOCAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadənin rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

“Bu müddət ərzində Şahdəniz yatağından 16.3 milyon ton kondensat hasil olunub” – deyə X.Yusifzadə vurğulayıb.

O, qeyd edib ki,”Şahdəniz yatağında” Gürcüstana 4.7 milyard kub metr qaz, Türkiyəyə isə 35.4 milyard kub metr qaz ixrac edilib. Azərbaycan tərəfinə isə 24 milyard kub metrdən çox qaz verilib.

“Şahdəniz” yatağının işlənməsinə dair müqavilə 1996-cı ilin 4 iyununda imzalnıb və həmin ilin oktyabrın 17-də parlament tərəfindən ratfikasiya edilib. “Şahdəniz” layihəsi iştirakçıları bunlardır: BP (operator, 28,8%), Petronas (15,5%), SOCAR (16,7%), LUKoyl (10%), NICO (10%) və TPAO (19%).

Hal-hazırda “Şahdəniz” yatağından qaz hasilatı dəyəri $4,1 milyard olan Mərhələ-1 çərçivəsində aparılır.Mərhələ-1 çərçivəsində qaz hasilatı 9,9 milyard kub metr təşkil edir və 10.4 milyard kub metrə qədər artırılması planlaşdırılır.

“Mərhələ-1” çərçivəsində Türkiyə,Gürcüstan və Azərbaycan arasında qaz satışı üzrə müqavilə imzlanıb. Azərbaycan qazının Türkiyəyə ixracı üçün uzunluğu 680 km olan Cənubi Qafqaz boru kəməri inşa edilib.