Eni şirkətinin internet səhifəsində yerləşdirilən məlumata görə,şirkət Aralıq dənizində böyük qaz yatağı aşkar edib.
Şirkətin məlumatına görə,super nəhəng qaz yatağı Aralıq dənizinin Misir sularında kəşf edilib.
Yeni yatağın sahəsi 100 kvadrat kilometrdir və potensial qaz ehtiyatı 850 milyard kub metr qaz ola bilər.
Şirkətin məlumatında bildirilir ki,baş direktor Klaudio Deskalçi Misir prezidentini məlumatlandırmaq üçün Qahirəyə uçub.
“Yataq istismara verildikdən sonra bir neçə onilliklər ərzində Misirin təlabatını ödəyə biləcək”,- deyə Eni şirkəti bildirib.