2015-ci ilin yanvar-iyulunda Rusiyanın neft məhsulları ixracından əldə etdiyi gəlirlər 1.6 dəfə azalaraq 44.428 milyard dollar təşkil edib.
Hesabat dövründə ixracın fiziki həcmi 105.05 milyon ton olub.
2015-ci ilin yanvar-iyulunda uzaq xaricə neft məhsullarının ixracı 41.994 milyard dollar məbləğində 100.374 milyon ton,MDB ölkələrinə isə 2.435 milyard dollar məbləğində 4.676 milyon ton təşkil edib.
İxracın ümumi həcmindən 1.581 milyard dollar məbləğində benzin (2.904 milyon ton),17.167 milyard dollar məbləğində dizel yanacağı (31,797 milyon ton) tədarük edilib.