Rusiya Federal Gömrük Xidmətinin (FCS) məlumatlarına görə, 2015-ci ildə Rusiyanın qaz ixracından daxilolmaları 21.884 milyard dollar təşkil edib ki,bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 34.69% azdır.
2015-ci ilin yanvar-iyununda Rusiya 89.2 milyard kub metr qaz ixrac edib (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,26% azalma). O cümlədən,uzaq xaric ölkələrinə 68.3 milyard kub metr (azalma 1.01%),MDB ölkələrinə isə 20.8 milyard kub metr qaz ixrac edilib (31.57% azalma).
Federal Gömrük Xidmətinin məlumatına görə, 2014-cü ildə Rusiya 172.6 milyard kub metr qaz ixrac edərək 54.73 milyard dollar gəlir əldə etmişdi.