B.Netanyahu hökuməti Aralıq dənizi sahəsində “Leviafan” qaz yatağının işlənməsi barədə ABŞ-İsrail neft – qaz konsorsiumu “Noble Energy” ilə razılağa gəlib.
Ancaq bağlanılacaq sazişdə yataqdan hasil ediləcək qazın İsrail şirkətlərinə satılacaq qiymətinə limit qoyulur.
“Noble Energy” həmçinin 2020-ci ilə kimi layihəyə 1.5 milyard ABŞ dolları sərmayə yatırmaq öhdəliyi götürür. Istehlakçılar ilə müqavilə isə 2018-ci ildən gec olmayaraq imzalanmalıdır.
Həmçinin şirkət 2020-ci ilin sonuna qədər istehlakçılara qaz tədarükünə başlamaq öhdəliyi var. Əks halda İsrail hökümətinin birtərəfli qaydada müqaviləni ləğv etmək hüququ var.
“Leviafan” qaz yatağı 2010-cu ildə aşkar edilib və ehtiyatları 453 milyard kub metr qaz təşkil edir. Yatağın istismara verilməsi tarixi 2016-2017-ci illərə planlaşdırılır.
Layihə ilə Rusiyanın “Qazprom” və Fransanın “Total” şirkətləri maraqlanırdı, lakin hökümətinin seçimi İsrailin müttəfiqi ABŞ-ın üzərinə düşdü.