Lukoil Qazaxıstanda bəzi yataqları istismar edən Caspian İnvestment Resources şirkətində olan 50% payını Çinin Sinopec şirkətinə satıb.
Şirkət bildirir ki,səhmlərin satılması üçüm lazımı icazə hələ keçən ilin iyununda Qazaxıstan hakimiyyət orqanlarından alınmışdı.
İndi Cinopec Caspian İnvestment Resources şirkətinin yeganə sahibi olur. 2011-ci ildə şirkət 50% payı Hindistanlı milyarder Lakşmi Mittaldan almışdı.
Caspian Investments Resources Ltd. Qazaxıstanda 5 karbohidrogen yatağının istismarında iştirak edir : Akyubinsk vilayətində Alibekmola və Kojasay,Manqıstau vilayətində isə Karakuduk,Şimali Buzaçi və Arman.
Lukoil bu yataqların işlənməsi layihəsinə 2005-ci ildə daxil olmuşdu. 2006-cı ildən Lukoil 13 milyon ton neft və 300 milyon kub metr təbii qaz istehsal edib.