İyunda Səudiyyə Ərəbistanı neft hasilatına görə Rusiyanı qabaqlayıb

saud_t1İyunda Səudiyyə Ərəbistanı gündə orta hesabla 10.235 milyon barel neft hasil etməklə Rusiyanı qabalayıb.

Rusiya iyunda 10.036 milyon barel neft hasil edib.

Ümumilikdə, iyunda OPEK ölkələri gündə 31.378 milyon barel neft hasil ediblər. Təkcə İraq gündə 4.007 milyon barel neft hasil edib.

“Rosstat”ın məlumatına görə,2015-ci ilin birinci yarısında Rusiyadan neft ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 9.8% artaraq 120.5 milyon ton təşkil edib.

2015-ci ilin iyununda bir ton xam neftin orta ixrac qiyməti 427.9 dollar olub (may ayına görə 0.8% artım). Urals markalı neftin bir tonunun dünya bazarında orta qiyməti 447.9 dollar təşkil edib (may ayı ilə müqayisədə 3.7% azalma).

Оставьте первый комментарий

Оставить комментарий

Ваш электронный адрес не будет опубликован.


*