Cari ilin ikinci rübündə “Qazprom” şirkətinin Türkiyə və Niderlanda qaz tədarükü 2014-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15% və 64% azalıb.
“Qazprom” şirkəti hesabat dövründə Türkiyə qaz ixracını azaldaraq, maye qaz (LNG) satışını çoxaldıb.
2015-ci ilin ikinci rübündə “Qazprom” Almaniyaya qaz satışının artdığını bildirib: 68% martda olmuşdusa, 20% iyunda. Ümumilikdə ikinci rübdə tədarük 50% artıb – 11.7 milyard kub mterə qədər.
İkinci rübdə uzaq xaricə qaz tədarükü 4.6% artıb – 40 milyard kub metrə qədər. Ümumulikdə isə ixracat 8% azalıb – 47.27 milyard kub metrə qədər.
Hesabat dövründə Niderlanda qaz ixracı 64%, Macarıstana – 20%, Polşaya – 14%, Slovakiya və Çexiyaya isə 30% azalıb.